İtaliyanın Xarici Məlumat və Təhlükə­sizlik Agentliyinin direktoru Azərbaycanda rəsmi səfərdə olub - VİDEO

İtaliyanın Xarici Məlumat və Təhlükə­sizlik Agentliyinin direktoru Azərbaycanda rəsmi səfərdə olub - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 12:49 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə italiyalı qonaqlar və E. Mahmudov başda olmaqla, MTN-in rəhbər heyəti Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edib.

Sonra E. Mahmudov A. Santinini qəbul edib.

Görüşdə tərəflər arasında enerji təhlükəsizliyi, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi apa­rılmış, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.

E. Mahmudov aktual məsələ olan enerji təhlükəsizliyinin regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırmış, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay­canın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib.

Öz növbəsində, A. Santini İtaliya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasi­bət­lərin inkişafından məmnun qaldığını, keçirilmiş dialoqların və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəm­lən­məsi üçün faydalı olaca­ğına əminliyini qeyd edib.

İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR