Şirvan şəhər sakini qonşusuna silahla xəsarət yetirib

 Şirvan şəhər sakini qonşusuna silahla xəsarət yetirib
# 07 avqust 2013 12:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şirvan şəhərində silahlı insident olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Şirvan şəhəri ərazisində şəhər sakini Zaur Əliyev pnevmatik tüfəngdən atəş açaraq qonşusu Vüqar Qurbanova qolundan xəsarət yetirib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z. Əliyevdən pnevmatik tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR