Kürdəmirdə ev yanıb, 2 yaşlı uşaq yanaraq ölüb, atası yanıq xəsarətləri alıb - FOTOSESSİYA - VİDEO

Kürdəmirdə ev yanıb, 2 yaşlı uşaq yanaraq ölüb, atası yanıq xəsarətləri alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 aprel 2014 18:05 (UTC +04:00)

FHN-nin Kürdəmir Dövlət Yanğın Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17:00 radələrində Kürdəmirin Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini 1979-cu il təvəllüdlü Quliyev İslam Füzuli oğluna məxsus ümumi sahəsi 408 kvadratmetr olan iki mərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Kürdəmir və Hacıqabul rayonlarından 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 180 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq tələf olub.

Hadisə zamanı ev sahibi İslam Quliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onun iki yaşlı övladı Kənan Quliyev yanaraq dünyasını dəyişib. Hadisə zamanı evin qalan hissəsi və ona birləşik çardaq alovdan xilas edilib.

İlkin məlumata görə, hadisəyə evin mətbəxindəki maye qaz balonunun partlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR