Rumıniyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaq

Rumıniyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaq
# 12 iyun 2014 11:20 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın sabiq prezidenti İon İliesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Buxarestdə İ.İliesku ilə görüş zamanı bu məsələ müzakirə edilib və razılıq əldə olunub.

Görüşdə Rumıniyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə gerçəkləşdirdiyi Qlobal Açıq Cəmiyyətlər Forumunu, eləcə də sabiq dövlət və hökumət baçşılarının öz təcrübəsini bölüşmək üçün imkanların yaradılmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, 2012-ci ildə təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Ehud Barak, Viktor Yuşşenko, Mixail Saakaşvili, Oskar Ribas, El-Keib kimi tanınmış siyasətçilər cəmləşib. Mərkəz üzvlüyündə olan sabiq prezident və baş nazirlərin sayına görə Cənubi Qafqaz, MDB və Asiyada mövcud olan ən böyük qurumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR