Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatına dair son rəqəmlər açıqlanıb

Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatına dair son rəqəmlər açıqlanıb
# 23 avqust 2013 09:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Ali məktəblərə birinci mərhələdə qəbul olunan abituriyentlərin ali məktəblərdə qeydiyyatı davam edir. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu günə Bakı Dövlət Universitetinə, Dövlət Neft Akademiyasına, Azərbaycan Texniki Universitetinə qəbul olunanların 52 faizi, Memarlıq və İnşaat Universitetinə qəbul olunanların 69 faizi, Tibb Universitetinə qəbul olunanların 54 faizi qeydiyyatdan keçib. Azərbaycan Müəllimlər institutunun Sumqayıt və Cəlilabad filialına qəbul olunanların isə cəmi 27 faizi qeydiyyatdan keçib. TQDK sədri bu göstəricilərin dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə faizi olduğunu bildirib. Onun sözlərinə görə, BDU-nun ödənişli fakültələrinə qəbul olunanların 47 faizi, Dövlət Neft Akademiyasının ödənişli fakültələrinə qəbul olunanların 46 faizi, Texniki Universitetin ödənişli fakültələrinə qəbul olunanların 37 faizi artıq qeydiyyatdan keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR