Şabranda iki avtomobil toqquşub, Rusiya vətəndaşı xəsarət alıb

Şabranda iki avtomobil toqquşub, Rusiya vətəndaşı xəsarət alıb
# 14 may 2014 09:29 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Mayın 13-də Gəndob-Yalama yolunun 6-cı kilometrində, magistralın Şabran rayonu, Şahnəzərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Bakı sakini Məmmədov Əzizağa Seyfəli oğlu idarə etdiyi “Opel Astra” markalı, 99 CZ 674 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan 1969-cu il təvəllüdlü, Rusiya Federasiyasının Dağıstan Respublikasının sakini Qamzaev İbrahim Niftullayeviçin idarə etdiyi “VAZ Largus” markalı, E 111 HH 05 rus dövlət qeydiyyat nişanlı maşınla toqquşub.

Qəza nəticəsində “VAZ Largus” markalı avtomobilin sürücüsü İ.Qamzaev müxtəlif bədən xəsarətləri alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR