Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb
# 10 iyul 2013 08:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Ötən gecə paytaxtda iki nəfər bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 9-u saat 22:50 radələrində 6-cı mikrorayonda Gəncə şəhər sakini Ağası Qurbanov mübahisə zəminində Bakı şəhər sakini Rövşən Bədəlova bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.


Digər hadisə isə Sabunçu Rayonunda qeydə alınıb. İyulun 10-u saat 01:45 radələrində Muxtarov qəsəbəsində Aydın Tağızadə mübahisə zəminində Aydın İsmayılova bıçaq xəsarəti yetirdiyinə görə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR