Gəncədə 35 yaşlı qadın dəm qazından zəhərlənib

Gəncədə 35 yaşlı qadın dəm qazından zəhərlənib
# 07 aprel 2014 07:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Ülviyyə Rüstəmova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilə nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, Ülviyyə Rüstəmova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR