Azərbaycan beynəlxalq dəniz sərgi-şousunda iştirak edəcək

Azərbaycan beynəlxalq dəniz sərgi-şousunda iştirak edəcək
# 21 may 2013 07:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İyulun 3-dən 7-dək Rusiyanın Sankt-Peterburq şəhərində “İMDS-2013” beynəlxalq dəniz sərgisi və şousu keçiriləcək. Sərginin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Rusiyadan və müxtəlif ölkələrdən istehsalçı firmaların, həmçinin Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmilərinin təmsil olunacağı sərgidə müxtəlif dəniz sistemləri, gəmi və katerlər, sualtı aparatlar, dəniz silahları, təlim sistemləri, naviqasiya avadanlıqları və s. nümayiş olunacaq.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi də iştirak edəcək. Müəssisə tərəfindən sərgidə əsasən sualtı gəmilər üçün istehsal edilən müxtəlif sistemlərin nümayişi planlaşdırılır.

Qeyd edək ki, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi hazırda Rusiyada istehsal edilən sualtı gəmiləri müxtəlif avadanlıqlarla təchiz edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR