Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanılıb - VİDEO

Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanılıb - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2013 14:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Sentyabrın 14-də Gəncənin, Atatürk 265 ünvanında yerləşən mağazadan oğurluq edən şəxslər müəyyənləşərək saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, oğurluqda şübhəli bilinən şəxslərdən biri yetkinlik yaşına çatmayan, 1996-cı il təvəllüdlü A.Quliyevdir. Digər şəxs isə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilən, 1983-cü il təvəllüdlü Orxan Əliyevdir.

Saxlanılan şəxslər şəhərin mərkəzində yerləşən ərzaq mağazasının pəncərəsini sındıraraq içəriyə daxil olublar və oradan 600 manat pul, 200 manat dəyərində müxtəlif markalı siqaretlər aparılıb. Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, yetkinlik yaşına çatmayan şəxs azadlığa buraxılsa da, 30 yaşlı Orxan Əliyev saxlanılaraq barəsində cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR