Gürcüstanda siqaret bahalaşıb

Gürcüstanda siqaret bahalaşıb
# 13 avqust 2013 09:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstanda siqaret bahalaşıb. “APA-Economics”in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, market şəbəkələrində və pərakəndə satış məntəqələrində ölkəyə idxal olunan siqaretin qiymətində artım qeydə alınıb.

Belə ki, “Parlament” siqaretinin qutusu 11% bahalaşaq marketlərdə 3 lari 70 tetridən (1,75 manat) 4 lariyə (1,90 manat) qaldırılıb. “Marlboro” siqaretinin qutusu da bahalaşıb. Bu markadan olan tütün məhsulu 20-30 tetri (10-15 qəpik) baha satılır. Digər markalardan olan siqaretlərin qiyməti isə dəyişməz qalıb.

Siqaretlərin qiymətinin növbəti artımının sentyabr ayında olacağı gözlənilir. Belə ki, gələn ayın 1-dən filtirli siqaretlərin aksizi 15 tetri (7,5 qəpik), filtrsiz siqaretlərin aksizinin qiyməti isə 5 tetri (2,5 qəpik) bahalaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR