Azərbaycanda dairələr üzrə seçici siyahıları dəqiqləşdirilir

Azərbaycanda dairələr üzrə seçici siyahıları dəqiqləşdirilir
# 25 fevral 2014 10:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarını dəqiqləşdirirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimlinin APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinə əsasən yanvarın 5-dən fevralın 5-dək məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirərək DSK-lara təqdim ediblər.

Dairələr üzrə dəqiqləşdirilmiş ilkin seçki siyahıları ən geci aprelin 5-dək MSK-ya təqdim ediləcək. MSK da həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə, onların dəqiqləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiqlənmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses mayın sonuna qədər başa çatacaq. Mayın sonunda Azərbaycanda seçicilərin sayı açıqlanacaq.

Bu ilin ikinci yarısında isə bələdiyyə seçkiləri ilə bağlı proses başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR