Bakı sakini psixotrop dərmandan zəhərlənərək ölüb

Bakı sakini psixotrop dərmandan zəhərlənərək ölüb
# 28 yanvar 2014 09:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində 39 yaşlı kişi psixotrop dərmandan zəhərlənərək ölüb. Paytaxtın Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 156 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü İlham Qurban oğlu Qarayev yaşadığı mənzildə psixotrop dərman qəbul edərək zəhərlənib. İ. Qurbanov Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR