Azərbaycan İslam Ölkələrinin III Həmrəylik Oyunlarında ilk medalını qazanıb

 Azərbaycan İslam Ölkələrinin III Həmrəylik Oyunlarında ilk medalını qazanıb
# 23 sentyabr 2013 11:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində karateçi Şahin Hətəmov fəxri kürsüyə yüksəlməyi bacarıb.

+84 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Səudiyyə Ərəbistanı, Misir və BƏƏ idmançılarına qalib gələrək, finala yüksəlib. Lakin Hətəmov uğurlu çıxışını bu dəfə davam etdirə bilməyib və İran karateçisinə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün badmintonçularımız da ilk sınaqlarına çıxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR