Gəncədə saxta əsginasların dövriyyəsi ilə məşğul olan şəxs axtarılır

Gəncədə saxta əsginasların dövriyyəsi ilə məşğul olan şəxs axtarılır
# 18 oktyabr 2013 16:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində dövriyyəyə saxta pul buraxan şəxs axtarılır. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1978-ci il təvəllüdlü Yalçın Məmmədov polisə müraciət edərək bildirib ki, şəhərdəki bankların birində tanımadığı şəxs ona 50 manat verərək xırdalamağı xahiş edib. Xahişi yerinə yetirən Y. Məmmədov sonra ödəniş etmək üçün kassaya yaxınlaşıb və ona naməlum şəxsdən aldığı 50 manatlıq əsginasın saxta olduğunu bildiriblər.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır, saxta pul alverçisinin axtarışı həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR