Azərbaycan ötən il elektron avadanlıqların istehsalını 28% azaldıb

Azərbaycan ötən il elektron avadanlıqların istehsalını 28% azaldıb
# 31 yanvar 2014 13:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda kompüter, elektron və elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 237,3 mln. manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, daha əvvəlki illə müqayisədə kompüter və digər elektron avadanlıqlarının istehsalı 27,6% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 14,6% artıb.

İl ərzində 173 ədəd güc transformatoru, 6,7 min ədəd məişət soyuducusu, 24,4 min ədəd televizor istehsal edilib, əvvəlki illə müqayisədə məişət soyuducuları və televizorların istehsalı müvafiq olaraq 29,0% və 1,7% artıb.

Bu ilin yanvarın 1-nə müəssisələrin anbarlarında 21,2 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,4%-i qədər hazır məhsul ehtiyatı qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR