Bir müddət əvvəl əslən Cənubi Azərbaycandan olan Məhbub Əmrahi serialı çəkən şirkəti bu yanlışlığa yol verdiyi üçün məhkəməyə vermişdi. Məsələ ilə bağlı Məhbub Əmrahi APA TV-yə bildirib ki, serialın bu bölümü onun məhkəməyə müraciətindən sonra yığışdırılıb. Onun sözlərinə görə, bu seriya saytlardan götürülsə də, məhkəmədə sona kimi gedəcək: "Filmin o bölümü başqa ölkələrdə yayımlanacaq. Başqa dillərdə yayımlanacağı üçün orada Səfəvilərin fars dövləti deyilməsini istəmərəm. Rəsmi şəkildə üzr istəmələrini istəyəcəyəm və işə məhkəmədə baxılmasını tələb edirəm".
Məhbub Əmrahi qeyd edib ki, onun məhkəmə müraciətindən sonra Türkiyə mətbuatında məsələyə daha çox yer ayrılıb. Səfəvilərin Türk dövləti olduğunu tarixçilər də qeyd edir. Bunun da məhkəmənin qərarına təsir edəcəyini düşünür. İddiaya yanvarın əvvəlində baxılacaq.
"Möhtəşəm Yüzil"in məhkəməyə səbəb olan bölümü saytlardan yığışdırılıb - VİDEO
23 dekabr 2013 15:35 (UTC +04:00)
Hadisə
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024
MN-dəki 143 milyonluq cinayət işində adıkeçən idarə rəisi vəzifəsindən azad edilib
19:08
18 may 2024