Mahnı Teatrında Respublika Gününə həsr olunmuş konsert keçiriləcək

Mahnı Teatrında Respublika Gününə həsr olunmuş konsert keçiriləcək
# 14 may 2013 10:44 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. Mayın 28-də Rəşid Behbudov adına Mahnı teatrında respublika gününə həsr olunmuş konsert proqramı keçiriləcək. Bu barədə APA-ya teatrın solisti əməkdar artist Gülyaz Məmmədova məlumat verib. Onun sözlərinə görə, konsertdə xalq artisti Bilal Əliyev, əməkdar artistlər Teymur Əmrah, Gülyanaq Məmmədova, Lalə Məmmədova və Mahnı Teatrının rəqs kollektivi çıxış edəcək. İfaçıları Kamil Vəzirovun rəhbərliyi altında muğam-instrumental ansamblı müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR