Azərbaycan prezidenti Avstriyanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Avstriyanın baş naziri ilə görüşüb
# 13 may 2013 19:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avstriya Respublikasının baş naziri Verner Fayman ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə olundu. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin bundan sonra da inkişaf etməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı iqtisadi əlaqələrimizin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR