Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb - VİDEO

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 17:56 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, danışıqlar zamanı Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.

Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.

E.Abdullayev qeyd edib ki, bir sıra məzmunlu məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunub. "Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir", - deyə E.Abdullayev vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR