Sergey Lavrov: “BMT baş katibinə Suriya ilə bağlı təqdim olunan hesabat bir sıra suallara cavab vermir” - FOTO

Sergey Lavrov: “BMT baş katibinə Suriya ilə bağlı təqdim olunan hesabat bir sıra suallara cavab vermir” - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 13:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Suriyada kimyəvi silahın tətbiqinə dair aparılmış təhqiqat haqqında BMT baş katibinə təqdim olunan hesabat bir sıra suallara cavab vermir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada fransalı həmkarı ilə Loran Fabiusla keçirdiyi brifinqdə deyib. O bildirib ki, hesabatda kimyəvi silahın istehsal olunduğu ölkə barədə məlumat yoxdur: “Məruzədə kimyəvi silahın hansısa zavodda istehsal olunduğu və ya kustar üsulla hazırlandığı barədə məlumat yoxdur. Rusiya hələ də inanır ki, avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahın tətbiq edilməsi təxribatdır. Bizim əlimizdə bunun təxribat olduğuna dair ciddi əsaslar var. Bir neçə tərəfdaşlarımız ancaq rejimin kimyəvi silah tətbiq edə biləcəyini bəyan ediblər. Lakin həqiqət ortaya çıxarılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR