Azərbaycanda iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı açıqlanıb

Azərbaycanda iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı açıqlanıb
# 11 iyun 2014 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 510,5 min nəfər olub, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, muzdla işləyənlərin 22,7%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,6%-i tikintidə, 5,0%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 436,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR