Kimyəvi silahın təhvili ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsindən sonra mümkündür - Əsəd

Kimyəvi silahın təhvili ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsindən sonra mümkündür - Əsəd
# 12 sentyabr 2013 19:52 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, kimyəvi silahın beynəlxalq nəzarətə verilməsi ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsinə hesablanmış ikitərəfli prosesdir.

“Mən hamıya açıq bildirmək istəyirəm: bu mexanizmlər (kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulmaq proseduru) birtərəfli şəkildə icra olunmayaq. Bu heç də yalnız o demək deyil ki, Suriya sənədləri imzalayacaq və şərtlərə əməl edəcək. Bu ikitərəfli prosesdir və hər şeydən əvvəl ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsinə hesablanıb”, deyə Əsəd “Rossiya 24” telekanalına müsahibəsində bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR