Ayətullah Xameneyi: “Bir neçə hegemon dövlətin ifrat tələbi İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həllinə maneə törədir”

Ayətullah Xameneyi: “Bir neçə hegemon dövlətin ifrat tələbi İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həllinə maneə törədir”
# 26 iyun 2013 22:23 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “Bir neçə hegemon dövlətin həddindən artıq tələbi İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həllinə maneə törədir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, ayətullah Seyid Əli Xameneyi bildirib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) səlahiyyətliləri tərəfindən imzalanmış bir sənəddə İranın nüvə proqramı ilə bağlı problemlərin həll edildiyi açıqlanıb: “Bu sənədə görə, İranın nüvə proqramı ilə bağlı işin tamamilə bağlanması lazımdı. Ancaq ABŞ dərhal yeni bir bəhanə tapdı. Çünki bu mövzu İrana təzyiq etmək üçün bir vasitədir”.

Ayətullah Xameneyi İsrailin İranın nüvə proqramı ilə bağlı intriqalarına da toxunub: “İran nüvə fəaliyyətlərində şəffaf və qanuni hərəkət edir və güclü bir məntiqə sahibdir. Ancaq düşmənlərin məqsədi təzyiqləri artırmaq, xalqımızı qorxutmaq və bu ölkədəki hakimiyyəti dəyişdirməkdir. Ona görə də problemin həll edilməsinə icazə vermirlər. Onlar üçün nüvə fəaliyyəti, insan haqları, demokratiya və digər başqa şeylər mühüm deyil. Onlar İran xalqının inkişafına maneə törətmək və yenidən bu ölkəyə hakim olmaq istəyirlər. Ancaq İran bütün iqtidarı, müstəqilliyi, xalqın dəstəyi və Allaha etibarı ilə onların qarşısında dayanır və ölkənin mənafeyini qoruyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR