Misirdə Mursi tərəfdarları ilə polis arasında başlayan toqquşmalarda ən azı 14 nəfər ölüb, 350-dən çox insan yaralanıb - YENİLƏNİB-2

Misirdə Mursi tərəfdarları ilə polis arasında başlayan toqquşmalarda ən azı 14 nəfər ölüb, 350-dən çox insan yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2
# 04 iyul 2013 03:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərbçilər tərəfindən hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə əleyhdarları arasında başlanan toqquşmalar nəticəsində ən azı 14 nəfər ölüb.

Bundan əvvəl bildirilirdi ki, Misirin müxtəlif hissələrində başlanmış iğtişaşlar nəticəsində 8 nəfər ölüb, 350-dək insan yaralanıb. Misirin Səhiyyə Nazirliyindən bildirilib ki, bu rəqəmlər təxminidir, səhər saatlarında onların artacağı ehtimal edilir.

****04.56

Bakı-APA. Misirdə hərbçilər tərəfindən hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında toqquşmalar başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Misir prezidenti Məhəmməd Mursi ordunun baş komandanı tərəfindən hakimiyyətdən devrilmiş bəyan edildikdən sonra Misirin müxtəlif hissələrində başlanmış iğtişaşlar nəticəsində 8 nəfər ölüb, 350-dək insan yaralanıb. Misirin Səhiyyə Nazirliyindən bildirilib ki, bu rəqəmlər təxminidir, səhər saatlarında onların artacağı ehtimal edilir.

Keçmiş prezidentin tərəfdarları və polis arasında toqquşmalar İsgəndəriyyə, Marsa Matrux və Əl Minyədə müşahidə olunur

****02.06

Bakı-APA. Misirin paytaxtı Qahirədə hərbçilər tərəfindən hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında toqquşmalar başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mursi tərəfdarları, onun əleyhdarları və polis əməkdaşları arasında başlayan toqquşmalarda artıq 5 nəfər ölüb.

Məlumata görə, ən qızğın toqquşmalar ölkənin qərbindəki Marsa Matrux şəhərində və Qahirədə müşahidə olunur.

Qeyd edək ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sissi bir qədər əvvəl ölkə Konstitusiyasının qüvvəsinin dayandırılması və növbədənkənar prezident seçkilərinin keçirilməsini elan edib.

Nazir xalqa müraciətində bəyan edib ki, keçid dövründə ölkə başçısı vəzifəsini Konstitusiya məhkəməsinin sədri icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR