Hacıqabul rayon sakinindən silah-sursat və narkotik götürülüb

Hacıqabul rayon sakinindən silah-sursat və narkotik götürülüb
# 11 noyabr 2013 10:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Hacıqabul rayon sakinindən silah-sursat və narkotik götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Qaradağ Rayon Polis İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Məmmədovun Qaradağ rayonu Lökbatan qəsəbəsindəki müvəqqəti yaşadığı mənzilinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 0,87 qram tiryək aşkar edilib. E. Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR