İranın neft naziri Rusiyada səfərdədir

İranın neft naziri Rusiyada səfərdədir
# 30 oktyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın neft naziri Bijən Namdar Zəngənə Rusiyada səfərdədir.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, səfərdə məqsəd Tehranla Moskva arasındakı ikitərəfli əlaqələr başda olmaqla enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi mövzusunda Rusiya rəsmiləri ilə müzakirələr aparmaqdır.

Eyni zamanda Rusiyanın İranın enerji sektoruna investisiya qoyması, İran neftinin Rusiya şirkətlərinin vasitəçiliyi ilə dünya bazarına çıxarılması B. Zəngənənin Kremldəki təmaslarının əsas müzakirə mövzularındandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR