Rabitə və informasiya texnologiyaları naziri Əli Abbas Masallıda vətəndaşlarla görüşəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbas Masallıda vətəndaşlarla görüşəcək
# 19 sentyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

RİTN-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir Əli Abbasovun vətəndaşlarla görüşü Masallı rayonunda sentyabrın 20-də saat 10.00-da keçirilməsi nəzərdə tutulub.

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron poçt ünvanına ([email protected]) 1655 saylı "qaynar xətt", eləcə də (012) 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlamaq olar.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bu məqsədlə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Masallı rayonunda 5-30-04,

Astara rayonunda 5-11-11,

Lənkəran rayonunda 5-33-99,

Lerik rayonunda 4-60-88,

Yardımlı rayonunda 6-10-55,

Cəlilabad rayonunda 5-22-48.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR