Göyçayda TQDK-nın zona müşavirəsi keçirilib - FOTO

Göyçayda TQDK-nın zona müşavirəsi keçirilib - <span style="color: red;">FOTO
# 21 fevral 2014 13:26 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Fevralın 21-də Göyçay şəhərinin Heydər Əliyev Mərkəzində 2013-2014-cü tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay Regional Bölməsinin əhatə etdiyi rayonlar üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirilib. APA-nın məlumatına görə, müşavirədə TQDK-nın, eləcə də 9 şəhər və rayonun icra hakimiyyətlərinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

Müşavirədə 2013-2014-cü tədris ilində buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair TQDK-nın Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədovun məruzəsi dinlənilib, Göyçay, Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunub. Hər bir rayon üzrə abituriyentlərin qəbul olma faizi, imtahanlarda topladıqları orta bal və onun respublika üzrə müəyyən edilmiş orta göstərici ilə müqayisəsi aparılıb.

Tədbirdə rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya, ingilis dili, biologiya fənləri üzrə nəticələri respublika üzrə müəyyən olunan orta göstəricilərlə müqayisə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR