İran XİN rəhbəri ilə Avropa Birliyinin ali nümayəndəsi sentyabrın 23-də görüşəcək

İran XİN rəhbəri ilə Avropa Birliyinin ali nümayəndəsi sentyabrın 23-də görüşəcək
# 20 sentyabr 2013 09:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçiriləcək görüşün tarixi açıqlanıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, tərəflər arasında görüş sentyabrın 23-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 68-ci sessiyası öz işinə başlayan gün baş tutacaq.

Sentyabrın 6-da K.Eşton və M.Zərif arasında baş tutmuş telefon danışığı zamanı BMT Baş Assambleyasının sessiyası çərçivəsində ikitərəfli görüşün keçirilməsi ilə bağlı razılaşma əldə olunub.

Bundan başqa, İran XİN rəhbərinin həmin gün daha 13 görüşü nəzərdə tutulub. Belə ki, M. Zərif Yunanıstan, Hollandiya, Avstraliya, İtaliya, Böyük Britaniya, İsveçrə, Yaponiya, Türkiyə, Oman, Slovakiya, Xorvatiya, Gürcüstan və Bolqarıstanın xarici işlər nazirləri ilə də görüşəcək. Hətta İran XİN rəhbəri sentyabrın 23-nü ABŞ-a səfərinin ən ağır günü kimi xarakterizə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR