Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibi cərimələnib

Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibi cərimələnib
# 24 iyun 2014 08:47 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 9 iş istintaq orqanına verilib.

Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 299 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 298 nümunədən isə 2-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 72 nümunə yoxlanılıb.

Ötən ay ərzində şadlıq evlərindən 890 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR