Xaçmazda 45 yaşlı kişi bıçaqlanıb - VİDEO

Xaçmazda 45 yaşlı kişi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 08 aprel 2014 06:46 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gecə Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, Qaraqutdu kənd sakini, 45 yaşlı Əliməmmədov Çingiz Əli oğluna bıçaqla xəsarət yetirilib.

O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta stabil olduğu bildirilir.

Hadisənin kimin tərəfindən törədildiyi və hansı səbəbdən baş verdiyini Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR