"Cəngi" caz qrupu Fransada konsert proqramı ilə çıxış edəcək

"Cəngi" caz qrupu Fransada konsert proqramı ilə çıxış edəcək
# 13 may 2014 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu Fransada konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, qrup mayın 12-də Reyms şəhərində konsert proqramı ilə çıxış edib.

Mayın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində, 14-də isə Parisin "Oratoire du Louvre" kilsəsində konsertlər nəzərdə tutulub.

Nazirlikdən bildiriblər ki, qrup etno-caz layihəsi ilə maraqlı konsert proqramı hazırlayıb. Konsert proqramına 13 kompozisiya daxil edilib. "Cəngi" caz qrupu Fransa tamaşaçıları qarşısında "Cahargah Rapsodiyasi" (H.Rzayev), "2 nömrəli prelüd" (Q.Qarayev), "8 nömrəli sonata" (Motsart), "Ömrümün istəyi" (S.Kərimi) və "Güllü qafiyə" kimi kompozisiyaları ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR