Putin: Ukrayna AB ilə müqavilə bağlayandan sonra Gömrük İttifaqına qoşula bilməyəcək

Putin: Ukrayna AB ilə müqavilə bağlayandan sonra Gömrük İttifaqına qoşula bilməyəcək
# 24 oktyabr 2013 22:55 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu oktyabrın 24-də Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Biz nə lehinə nə də əleyhinəyik. Bu, ümumiyyətlə, bizim işimiz deyil – bu Ukrayna xalqının, prezident, parlament və hökumətin qismində Ukrayna rəhbərliyinin suveren hüququdur”, deyə Rusiya prezidenti Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Avropa Birliyi (AB) ilə assosiasiyadan sonra Ukraynanın Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı suala Vladimir Putin bunun mümkünsüz olduğunu bildirib. “Xeyr, bu mümkün deyil. Ona görə mümkün deyil ki, bu assosiasiyanın çərçivəsində AB ilə Ukrayna arasında azad ticarət zonasının yaradılması nəzərdə tutulub”, deyə Putin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR