Azərbaycan əlillər üçün reabilitasiya proqramları sahəsində Latviya təcrübəsini öyrənmək istəyir - FOTO

Azərbaycan əlillər üçün reabilitasiya proqramları sahəsində Latviya təcrübəsini öyrənmək istəyir - <span style="color: red;"> FOTO
# 06 dekabr 2013 08:12 (UTC +04:00)

Bakı - APA. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə səfərdə olan Latviya səhiyyə nazirinin müavini Rinalds Muçins ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, N.Məmmədov iki ölkə arasında tibbi-sosial ekspertiza xidməti və əlillərin reabilitasiyası sahəsində əməkdaşlığın gücləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.

R.Muçins ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, müvafiq sahələrdə əməkdaşlıq üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb. Görüşdə tibbi-sosial ekspertiza xidmətinin beynəlxalq standartlar əsasında müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun qurulması sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılması ilə bağlı məsələ nəzərdən keçirilib. Görüşdə bu sahədə mütəxəssis heyəti üçün qarşılıqlı təlim səfərlərinin təşkili, əlilliyi olan şəxslər üçün reabilitasiya proqramlarının hazırlanması ilə bağlı Latviya təcrübəsinin öyrənilməsi, əlillərin bərpa mərkəzlərində sosial reabilitasiya yönümlü xidmət mexanizminin qurulması üzrə qabaqcıl layihələrin mübadiləsi, ölkəmizdəki əlillərin Latviyadakı “Vaivari” Milli Reabilitasiya Mərkəzində bərpa müalicəsinin təşkili və digər sahələrdə də əməkdaşlığa dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR