İranla İraq arasında silah alqı-satqısına dair 195 milyon dollar dəyərində müqavilə imzalanıb

İranla İraq arasında silah alqı-satqısına dair 195 milyon dollar dəyərində müqavilə imzalanıb
# 25 fevral 2014 13:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla İraq arasında silah alqı-satqısına dair müqavilə imzalandığı məlum olub.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, saziş ötən ilin noyabrında İraqın baş naziri Nuri əl-Malikinin ABŞ səfərindən bir neçə həftə sonra bağlanıb. Müqavilə İraqın terrorizmlə mübarizə proqramına yardımçı olmaq məqsədilə imzalanıb və dəyəri 195 milyon dollardır.

İraqın baş nazirinin sözçüsü Əli Musavi xəbəri təsdiqləməsə də, belə bir müqavilənin olmasını da istisna etməyib: “İraqın bu gün üzləşdiyi təhlükəsizlik şərtləri nəzərə alınarsa, vəziyyət aydın olar. Biz bu gün terrorizmlə mübarizə aparırıq və bu mübarizəni qazanmaq istəyirik”.

ABŞ Dövlət Departamentindən isə bildiriblər ki, rəsmi Vaşinqton İrandan açıqlama istəyəcək: “Əgər xəbərlər doğrudursa, bu, ciddi narahatlığa səbəb olacaq bir məsələ deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR