Bakıda axtarışda olan iki nəfər tutulub

 Bakıda axtarışda olan iki nəfər tutulub
# 14 oktyabr 2013 08:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Azərbaycanda axtarışda olan iki nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Şahnaz Aminova tutulub.

Digər hadisə isə Sabunçu rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Samir Qasımov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR