Paytaxtda "Mercedes" və "Fabia Skoda" markalı avtomobillər toqquşub - FOTOSESSİYA - VİDEO

Paytaxtda "Mercedes" və "Fabia Skoda" markalı avtomobillər toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 iyun 2014 00:20 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Binəqədi rayonu Azadlıq prospektində dairə nişanının tələbinə əməl etməyən sürücü qəzaya səbəb olub. APA-nın məlumatına görə, qəza zamanı "Mercedes" və "Fabia Skoda" markalı avtomobillər toqquşub. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya "Mercedes"in sürücüsünün dairə nişanının tələbinə əməl etməməsi səbəb olub.

Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR