MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar and içiblər - FOTO

MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar and içiblər - <span style="color: red;">FOTO
# 14 sentyabr 2013 09:51 (UTC +04:00)

Bakı – APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər.

APA-nın məlumatına görə, akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev kursantları və onların valideynlərini əlamətdar gün münasibəti ilə təbrik edərək, bu andın Vətənə, xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirib.

İ. Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb, Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında və milliləşməsində, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılması və formalaşmasında Heydər Əliyevin xidmətlərini qeyd edib, onun siyasi kursunun layiqli davamçısı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.

O, milli təhlükəsizlik naziri Eldar Mahmudovun tədrisə, gələcək təhlükəsizlik zabitlərinin hərtərəfli inkişafına, təhsilinə, həmçinin döyüş və fiziki hazırlığına gündəlik nəzarətini və bu məsələlərin yüksək səviyyədə təşkili ilə əlaqədar tələbkarlığını qeyd edib.

Tədbirin sonunda hərbi anda gətirilmiş gənc kursantlar orkestrin müşayiəti altında sıra addımları ilə tribuna önündən keçiblər.

Sonra təntənəli mərasimin davamı olaraq təhsil müəssisəsinin akt zalında akademiyanın rəhbərliyi valideynlərlə görüşüb, kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən, həmçinin təhsillə bağlı qarşıda duran vəzifələrdən danışıb, verilən sualları cavablandırıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR