Xudatda 34 yaşlı kişi bıçaqlanıb

Xudatda 34 yaşlı kişi bıçaqlanıb
# 03 fevral 2014 07:17 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Xaçmaz rayonunun, Xudat şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev-2 ünvanında şəhər sakini 1970-ci il təvəllüdlü Mudaliyev Rafiq Qasım oğluna həmin evdə kirayənişin qalan Yarəhməd adlı şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.

O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR