Ekvadorda avtobusun uçuruma düşməsi nəticəsində 14 nəfər həlak olub

Ekvadorda avtobusun uçuruma düşməsi nəticəsində 14 nəfər həlak olub
# 26 dekabr 2012 23:52 (UTC +04:00)

Bakı-APA. Ekvadorda avtobusun uçuruma düşməsi nəticəsində 14 nəfər həlak olub, 25 sərnişin isə yaralanıb. Hadisə And dağlarındakı aşırımda, Pilyaro və Ambato şəhərlərinin arasında baş verib. Salonunda 40 sərnişin “Pillaro” markalı avtobus döngədə idarəetməni itirərək 200 metr dərinliyində olan uçuruma düşüb. Hadisə yerində 14 nəfərin cəsədi tapılıb, ölənlərdən ikisi uşaqdır. Xəstəxanalara 25 nəfərə yaxın yaralı çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

İlkin versiyaya görə, sürücü təhlükəli ərazidə sürəti xeyli aşıb.

Hər il Ekvadorda 43 minədək yol-nəqliyyat hadisəsi qeydə alınır. Bu hadisələrdə orta hesabla 3 minə yaxın insan həlak olur. Ölkədə 1,4 milyon avtomobil qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR