Şiddətli qasırğa nəticəsinə 1 milyondan artıq Tayvan sakini işıqsız qalıb

Şiddətli qasırğa nəticəsinə 1 milyondan artıq Tayvan sakini işıqsız qalıb
# 08 avqust 2015 03:38 (UTC +04:00)

Bakı-APA. Şiddətli qasırğa 1 milyondan artıq Tayvan sakinini işıqsız qoyub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində artıq 3 nəfər ölüb, 27 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər itkin düşüb.

Bundan əvvəl Tayvan və Çin hökumətləri 7 mindən çox insanı təhlükəli ərazilərdən evakuasiya edib. “Soudelor” adlı fırtına 2015-ci ilin ən şiddətli tropik qasırğası hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR