Bakıda tanınmış həkimi qətlə yetirməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər

Bakıda tanınmış həkimi qətlə yetirməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər
# 02 noyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda tanınmış həkimi qətlə yetirməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər.

APA-nın məlumatına görə, təqsirləndirilən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Bağırlı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barələrində olan hökmün dəyişdirilməsini və cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayətinə noyabrın 4-də baxılacaq.

Qeyd edək ki, ötən ilin mayın 25-də ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri Cavid Həmişəyev mənzilində öldürülüb. Aparılan araşdırmalar zamanı onun yuxarıda adları qeyd olunan şəxslər tərəfindən öldürüldüyü məlum olub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Koroğlu Məmmədov 15 il, Yasin Ərəbov 15 il, Türkan Bağırlı 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Lakin məhkəmə onların şikayətlərini təmin etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR