Ötən il Azərbaycanda 51 min ton balıq ovlanıb

Ötən il Azərbaycanda 51 min ton balıq ovlanıb
# 05 fevral 2013 09:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda balıqçılıq təsərrüfatları və fiziki şəxslər tərəfindən 182,3 mln. manat dəyərində 50,6 min ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən, balıq ovuna 1 748 ton kvota verilib və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilib.

Balıq ovuna icazə almış 102 hüquqi və fiziki şəxs tərəfindən 910 ton balıq ovlanıb: «Ovlanmış balığın 372 tonu kilkə, 126 tonu siyənək, 125 tonu kefal, 80 tonu kütüm, 64 tonu çapaq, 63 tonu külmə balıqları, qalanı isə digər balıq növlərinin payına düşüb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR