Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 24 dekabr 2012 07:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 23-də “Buta Palace”ın qarşısında qeydə alınıb. “Azəryolservis” ASC-yə məxsus “UAZ” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 5 nəfər - 33 yaşlı Ramil Hüseynov, 47 yaşlı Nəcəf Yusifov, 24 yaşlı Fərrux İsmayılov, 23 yaşlı Vüsal Rzayev, 19 yaşlı Vüsal Hüseynov xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR