Balakən və Daşkəsəndə çətənə kolları məhv edilib

Balakən və Daşkəsəndə çətənə kolları məhv edilib
# 18 iyun 2016 15:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Balakən və Daşkəsən rayonlarında çətənə kolları məhv edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Balakən rayonunda polis əməkdaşları tərəfindən rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 463 kiloqram olan 4283 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Daşkəsən RPŞ əməkdaşları tərəfindən isə rayonun Qabaqtəpə kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 400 kiloqram olan 5300 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR