“Expressbank” “SmileCard-la güldürək” müsabiqəsinin qaliblərini mükafatlandırıb

“Expressbank” “SmileCard-la güldürək” müsabiqəsinin qaliblərini mükafatlandırıb
# 16 noyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” “SmileCard”ın “Facebook” səhifəsində istifadəçilər arasında “SmileCard-la güldürək” adlı müsabiqə keçirib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqənin nəticələrinə görə, “Facebook” istifadəçisi arasında 2 nəfər qalib elan olunub.

Müsabiqənin şərtlərinə görə, “SmileCard”ın “Facebook” səhifəsində qeyd olunan müsabiqə fotosunun altında lətifə yarışı keçirilib. Son lətifədən minimum 10 saat əvvəl, digər istifadəçilər tərəfindən başqa lətifə qeyd olunmayıb. Müsabiqənin qalibi son lətifəni qeyd edən istifadəçi olub və 50 manat qazanıb.

Bundan başqa müsabiqənin sonunda “Expressbank” tərəfindən ən gülməli hesab edilən lətifənin sahibi də 50 manat qazanıb. Qeyd edək ki, lətifələr Azərbaycan dilində olmalı və yazılarkən etik normalara riayət edilməli idilər.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR