Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 20 oktyabr 2014 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən Fərid Ağayev 7 il, Vəli Əliyev 7 il, Kamal Mahmudov 7 il 6 ay, İntiqam Mahmudov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin silsilə oğurluq cinayəti törətdikləri bildirilir. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR