Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilimiş qaydada buraxılış imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, eyni gündə saat 10-da buraxılış sinfinin IX, saat 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər.
Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib.
9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili və Riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
9-cu sinif şagirdlərinin 24.09 %-i “Ana dili”ndən “2”, 26.85 %-i “Riyaziyyat”dan “2”, 44.25 %-i “Ana dili”ndən “3”, 39.72 %-i “Riyaziyyat”dan “3”, 19.67 %-i “Ana dili”ndən “4”, 20.30 %-i “Riyaziyyat”dan “4”, 11.99 “Ana dili”ndən “5”, 13.14 %-i isə “Riyaziyyat”dan “5” alıblar.
11-ci sinif sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrııb.
11-ci sinif şagirdlərinin 19.87 %-i “Ana dili”ndən “2”, 21.53 %-i “Riyaziyyat”dan “2”, 18.71 %-i “Xarici dil”dən “2”, 19.57 %-i “Kimya”dan 2 alıblar. Şagirdlərin 37.35 %-i “Ana dili”ndən “3”, 32.61 %- “Riyaziyyat”dan “3”, 43.12 %- “Xarici dil”dən “3”, 58.71 %-i “Kimya”dan “3”lə qiymətləndiriliblər.
Şagirdlərin 25.85 %-i “Ana dili”ndən “4”, 28.68 %-i “Riyaziyyat”dan “4”, 21.37 %-i “Xarici dil”dən “4”, 15.59 %-i “Kimya”dan “4” alıblar. Şagirdlərin 16.93 %-i “Ana dili”ndən “5”, 17.18 %-i “Riyaziyyat”dan “5”, 16.80 %-i “Xarici dil”dən “5”, 6.13 %-i isə “Kimya”dan “5” alıblar.