Azərbaycanda bu il elektron ticarət dövriyyəsinin həcmi 320 min manata çatıb

Azərbaycanda bu il elektron ticarət dövriyyəsinin həcmi 320 min manata çatıb
# 17 iyun 2011 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 319 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hazırda ölkədə biznes sektorunun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, genişmiqyaslı elektron ticarət sisteminin yaradılması, inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir: «Ölkə ərazisində 35 hüquqi və fiziki şəxsə məxsus ticarət və xidmət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək «Elektron ticarəti» tətbiq etməyə başlayıb».

Bunun nəticəsi olaraq, 2011-ci ilin yanvar-may aylarında elektron ticarət dövriyyəsinin həcmi 319 min manat olub, elektron ticarət üzrə istehlak mallarının satışının 96,1%-i hüquqi şəxslərin, 3,9%-i fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 99,6%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR